Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2019 23:03
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 23-ə təyin edilib.
İttihama görə, ötən il aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
V. Ələkbərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin