Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb (FOTO)

Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb (FOTO)

Tarix: 13 Yanvar 2021 15:24

Bakı. Trend:

Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Trend xəbər verir ki, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlifcinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

“Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”.

Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb (FOTO) - Gallery Image Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb (FOTO) - Gallery Image


Etiketlər:  Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ