Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 00:00
Bakı. Trend:
Kanadanın Nyufaulend və Labrador vilayətində "De Havilland Canada DHC-2 Beaver" kiçik təyyarəsi qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə təyyarənin Şeffervill yaşayış sahəsindən havaya qalxmasından sonra baş verib. Həmin təyyarə Nyufaulend və Labrador vilayəti istiqamətində uçub.
Qeyd edilir ki, təyyarə qəzasında üç nəfər həlak olub, dörd nəfər isə itkin düşüb. Qəzanın səbəbi məlum deyil.
Fakt üzrə araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin