Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyüş yoldaşlarını mühasirədən çıxardı, özü isə şəhidlik zirvəsinə ucaldı

Döyüş yoldaşlarını mühasirədən çıxardı, özü isə şəhidlik zirvəsinə ucaldı

Tarix: 13 Yanvar 2021 22:08

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də Masallı rayonundan olan Əsəd Əsədlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhid Əsədli Əsəd Mahir oğlu 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan igid döyüşçü Naxçıvan Muxtar Respublikasında bir il kəşfiyyatçı kimi xidmət edib. Hərbi mükəlləfiyyət dövründə nümunəvi xidmət etdiyi üçün dəfələrlə təltif olunub.

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlər onu hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün ərizə ilə müraciət edib.

Vətən müharibəsi başlandıqdan sonra ilk günlərdən döyüşlərə qatılıb, Füzulidə, Xocavənddə düşmənə ağır zərbələr vurub. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. O, döyüşə getməzdən əvvəl çəkdiyi videoda deyilən fikir ilə də yaddaşlarda qaldı: "İnşallah sağ qayıdarıq, əgər şəhid olsaq belə, biz ölməyəcəyik..."

İgid döyüşçü Əsəd Əsədli "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Döyüş yoldaşlarını mühasirədən çıxardı özü isə şəhidlik zirvəsinə ucaldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR