Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 10:58
Fransa millisinin sabiq qapıçısı Stefan Ruffye karyerasını başa vurub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qolkiper 34 yaşında futboldan gedib.
"Sent-Etyen" müqaviləyə xitam verdiyindən, Ruffye bu qərara gəlib. Onun ayrılmasına səbəb baş məşqçi Klod Puellə yola getməməsi olub. "Monako"nun yetirməsinin bundan sonra Fransanın V divizion klubu "Aviron Bayonn"da gənc futbolçu yetişdirəcəyi gözlənilir.
Qeyd edək ki, Stefan Ruffye 2010-2015-ci illərdə dəvət aldığı Fransa yığmasının heyətində 3 matçda iştirak edib.