Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 11:24
Bakı. Samir Əli - Trend:
Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında artım qeydə alınıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən il 12599 nəfər elektron xidmətlərə müraciət edib:
“2019-cu ildə isə bu rəqəm 1475 nəfər təşkil edib. Elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə olunur. ““ASAN Xidmət” indeksinə əsasən, Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticə - 85,54 faiz göstərib”.