Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:00
Hər dəfə gedirəm ki, Türkiyədə mahnı çıxarım. Orada tanınıram və bəstəkar kimi sevilirəm. Məndən mahnılar istəyirlər. Gedirəm bir ay qalıram, adamlarla görüşürəm, amma iş görə bilmirəm. Qayıdıb gəlirəm vətənə.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Tunar Rəhmanoğlu "Xəbər-ətər" proqramında deyib. Sənətçi Türkiyə şou-biznesinə qatılmaq istəməsindən bəhs edib:
"Düşünürəm ki, burada doğulmuşam, yeni işlərim də buradan təqdim edilməlidir. Dünya işimizi azərbaycanlı kimi tanısın. On yeni mahnı ilə Türkiyə gündəminə oturmaq istəyirəm. İbrahim Tatlısəs "Səndən insaf dilər"i oxuduqdan sonra təkliflər almışam. Hazırda Sibel Can, Alişan məndən mahnı gözləyir".
Tunar pandemiyadan danışaraq, onun xeyri olduğunu deyib:
"Ziyanından başqa xeyri də oldu. Həyat dəyişib. İnsanlar havalarda idi, qaza gəlirdilər. Hər şey enib aşağı, normallaşıb".