Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Belə şeyi bu xalqa ancaq düşməni edər" - Həkim həqiqətləri AÇIQLADI - FOTO

Tarix: 14 Yanvar 2021 17:08

Çox güman ki, burada bir təxribat var, burada bir düşmən əli var.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, peyvəndin verə biləcəyi zərər bizim o istifadə etdiyimiz lazımsız qidalardan, lazımsız həyat tərzimizdən qat-qat aşağıdır:

"Vaksinlə bağlı bu dezinformasiyalar, yanlış yerə onlarda qorxu yaratmağın səhv addım olduğunu düşünməliyik. Hər deyilən neqativ məsələyə fikir verməməliyik. Şübhəsiz ki, vaksinlə bağlı xoşagəlməz məlumatların yayılmasında bizi bir ölkə olaraq istəməyənlərin də rolu var. Çünki tarixən biz özümüz də, övladlarımız da, yaxınlarımız da həmişə peyvəndlərdən istifadə etmişik. Şükürlər olsun, bunun heç bir fəsadı, problemi olmayıb. Bugünkü dünyada nəinki bizdə, bütün dünyada insanların 80-90 il, bəzən 100 il yaşamalarının da əsas səbəblərindən biri peyvəndlərin olunmasıdır. Yoxsa, insanlar çox müxtəlif yoluxucu xəstəliklərdən həyatını itirə bilərdi. 

Vaksin öldürülmüş, zəiflədilmiş viruslardır və onun hansısa bir hissəcikləridir. Bunu orqanizmə vuranda heç bir xəstəlik yarana bilməz, mümkün deyil. Çox yüksək allergiyası olan insanlara gəldikdə, onlar tək vaksinə qarşı yox, adicə vitamin "C"yə, aspirinə, sadə bir dərmanlara qarşı da allergiya verə bilirlər, bunu hər kəs bilir. İnsan var ki, bir ətir iyindən az qala boğulur və yaxud hansısa bir meyvəni yeyir, ondan ciddi bir allergiya verir. Allergiya hər şeyə qarşı ola bilər - qida vasitələrinə, dərman preparatlarına, eləcə də peyvəndə qarşı. Bu da 50-100 min insandan brində belə reaksiya ola bilər. O da ki özü məlumatlıdırsa, allergiyası barədə məlumat verir, onun öncədən analizlərinə baxırlar. Məlumatı yoxdursa, şübhəsi varsa, yenə yoxlanışdan keçə bilər. Peyvənd olunan yerlərdə anasvaksiyaya, şoka qarşı dərman preparatları hazır olur ki, xəstə narahat olsa, ona istifadə olunsun. Yəni, mümkün deyil ki,  virusun ölmüş, zəiflədilmiş bir hissəsi virusa görə insanda bir xəstəlik yaratsın. Bu mümkün olmayan bir şeydir.

Koronavirusa yoluxanların 80%-i, demək olar ki, yüngül keçirdir. Canlı virus düşən orqanizmdə 80% insan yüngül keçirdirsə, necə ola bilər ki, ölmüş, zəiflədilmiş virus xəstəlik yaratsın?! Bu absurd, məntiqsiz bir şeydir. Digər bir tərəfdən, biz bütün günü fəstfud yeyirik, bütün günü uşaqlarımız çipsi, dönər, şaurma yeyir. İndi restoranlar işləmir, amma çatdırılma ilə sifariş edirlər, çox adam da gətizdirir evində yeyir. Bu peyvəndin verə biləcəyi zərər bizim o istifadə etdiyimiz lazımsız qidalardan, lazımsız həyat tərzimizdən qat-qat aşağıdır. 

Bütün həyatımız bu gün iflic olubdur. Hər tərəf karantin, SMS icazə, nə qədər obyektlər işləmir, nə qədər insanlar bu dəqiqə çətin vəziyyətdədir. Biz bu peyvəndlənməni etməsək, məcburuq ki, illərlə bu vəziyyətdə qalaq. İqtisadiyyat çökür, təhsil dayanıbdır. İnsanlar illərlə gedib başqalarının xeyir işində iştirak edib ümidlə ki, mənim də övladımın xeyir işi olacaq, mənim də qonaqlarım gələcək, həm mənə maddi kömək olacaq, həm də ki bir şənlik edəcəm. İnsanlar bunu da edə bilmir. Bütün bu problemlərin aradan qaldırılmağının tək bir yolu var - vaksinasiya, başqa yol yoxdur! Biz bunu başa düşməliyik. Bəziləri deyir ki, vaksinin içində əlavə maddələr var. Tutalım ki az miqdarda aliminium maddəsi var. Yediyimiz ispanağın tərkibindəki aliminium vaksinin tərkibindəki aliminiumdan qat-qat çoxdur. Qətiyyən çəkinmək lazım deyil. 

Dövlət bunu öz xeyri üçün etmir ki, həm də insanların xeyri üçün edir. Dövlət özü də maraqlıdır ki, bu karantin rejimləri götürülsün. Çünki həm 190 manatları götürək, həm iqtisadiyyata dəstək üçün ayrılan əlavə vəsaitləri götürək. Xəstəxanada yatan bir COVİD-19 xəstəsinin müalicəsinə bəzən 30 min manata qədər pul xərclənir. Xəstələrə istifadə etmək üçün bəzən elə bahalı dərmanlar lazım olur ki, ona xidmət edən personalın artım maaşları var. Bu dövlətə heç də sərf etmir. Bu dəqiqə 20-30 xəstəxana koronavirus xəstələri üçün bağlıdır. Orada yatan xəstələrin hamısının müalicə xərclərini də dövlət qarşılayır. Düzdür, çatışmazlıqlar da var. Bəzən dərman çatımazlığı da olur, bəzən qulluqda da qüsurlara rast gəlinir. Amma nə qədər olsa belə, yenə də bu, dövlətə ciddi iqtisadi zərbə vurur. Ona görə də vaksinasiya birmənalı sürətdə vacibdir. Burada ikinci variant yoxdur".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Belə şeyi bu xalqa ancaq düşməni edər Həkim həqiqətləri AÇIQLADI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ