Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 23:12
Tvitter Donald Trampın hesabını həmişəlik blokladığını elan etdikdən sonra sosial şəbəkənin səhmləri ucuzlaşmağa başlayıb. Səhmlər hələ də dəyərlərini itirməyə davam edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tvitter mümkün "şiddət təhrikinin" qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın hesabını əngəlləyib.
Donald Trump isə "öz platformasını yaratmaq imkanını düşündüyünü" bildirib.
Tvitter səhmləri Nyu-York Fond Birjasında keçirilən ilkin əməliyyatlarda 7%-dən çox azalıb. Qiymətli kağızlar bir hissə başına 47,73 dollara başa gəlir.