Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəvət etsələr, əsgərlərimizin yanına gedəcəyəm - Arif Quliyev

Dəvət etsələr, əsgərlərimizin yanına gedəcəyəm - Arif Quliyev

Tarix: 15 Yanvar 2021 08:36

"Zəng edib soruşurlar ki, ölməmisən? Cavab verirəm ki, gözləyin zəng edim evə, görüm mən hardayam... Ölməmişəm, virusa da yoluxmamışam. Evdə oturmuşam, bayıra da çıxmıram. Səhhətim də çox yaxşıdır".

Sonxeber.net bildirir ki, bunu publika.az-a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. O bildirib ki, hazırda aldığı təqaüdlə dolanır:

"Sağ olsun dövlətimiz, bizə yaxşı baxır. Təqaüdümü alıram, çox yaxşı dolanıram. Müharibə başlayanda orduya könüllü yazılmışdım, aparmadılar. Torpaqlarımız azad olunandan sonra Cəbrayıl, Füzuli tərəflərə getdim. Əsgərlərimizin yanında oldum. İndi icazə vermirlər, yollar təhlükəlidir. Nə vaxt dəvət etsələr, yenə gedəcəyəm".

Arif Quliyev insanlara arzularını da çatdırıb:

"Allah-Təala insanlara yeni ildə yaşamaları üçün onların həyat hesabına 365 gün köçürüb. Həmin 365 günü sağlam canla, itkisiz yaşamalarını arzu edirəm. 2021-ci illə bağlı hər hansı problemim yoxdur. Təqaüdçü adamam. Film və reklam çəkilişlərindən də dəvət almıram. Ancaq çağıranda verilişlərə gedirəm".


Etiketlər:  Dəvət etsələr əsgərlərimizin yanına gedəcəyəm Arif Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ