Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO)

Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO)

Tarix: 15 Yanvar 2021 09:21

Bakı. Samir Əli - Trend:

Atlarımı dədə-baba yurdum olan Qarabağa qaytarmaq üçün səbirsizliklə gözləyirəm.

Bunu Trend-ə açıqlamasında Bakıda Qarabağ atları saxlayan Şəmsəddin Atayev deyib. Əslən Kəlbəcər rayonundan olan Ş.Atayev deyir ki, Ağdam rayonunda doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb:

"Atam 1948-ci ildən Qarabağ cinsi olan atlar saxlayıb. Mən də gözümü açıb at ilxısı görmüşəm. Qardaşım, qardaşımın oğulları, öz övladlarım da bu sahə ilə məşğuldur. O vaxt bizim atlar yayda Kəlbəcərdə, qışda Ağdamda olurdu. Bizim at ilxımız Ağdam rayonunun Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kəndimiz işğal olunandan sonra mən Qarabağ atlarını Bakıya gətirdim və Bakı Cıdır Meydanında saxlamağa başladım. Hazırda 8 baş Qarabağ atım var. Onlardan 5-i yarış atıdır, cavandır. Qarabağ atlarından ibarət özümüzün komandamız da var. Komandamızın adı "Köhlən"dir. Hazırda qardaşım oğulları Fəxrəddin Atayev, Saməddin Atayev və Emin Atayev "Köhlən" komandasının məşçiləridir".

Sahibkar deyir ki, Qarabağ atlarına burada hər gün özü qulluq və nəzarət edir: "Bu atlar adi atlardan onunla fərqlənir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Ona görə də hər gün həmin atlara şəxsən nəzarət edirəm. Amma Qarabağ atlarının Qarabağda olması vacibdir. Ən böyük arzum işğaldan azad olunan kəndimizə gedib orada atçılığı inkişaf etdirməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev atçılığın inkişafına xüsusi diqqət yetirir, Ağcabədidə Atçılıq Kombinatı yaradılıb və orada Qarabağ atları yetişdirilir. Bir qarabağlı kimi mən də səbirsizliklə gözləyirəm ki, Qarabağa qayıdım, orada cins Qarabağ atlarını yetişdirim. O vaxt kəndimiz işğal olunanda mən Qarabağ atlarının nəslinin kəsilməməsi üçün atlarımızı da götürüb Bakıya gəldim. O vaxtdan da atları yetişdiririk və səbirsizliklə Qarabağa qayıdacağımız günü gözləyirik. İnşallah, Ağdama qayıdış xəbərini eşidən kimi, Eyvazxanbəyli kəndinə qayıdacam və orada kürən Qarabağ cinsi atlarını yetişdirəcəm. Qarabağ atları yaylaq və qışlaqda olmalıdır. Ona görə də Qarabağa qayıtmaq ən böyük arzularımdandır".

Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim - Şəmsəddin Atayev (FOTO) - Gallery Image


Etiketlər:  Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirdim Şəmsəddin Atayev FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ