Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 09:54
“Digitimes Research” analitiklərinin məlumatına görə, 2020-ci ildə dünyada smartfonların tədarük həcmi xeyli azalaraq 1,24 milyard səviyyəsində olub.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 8,8%-lik azalma koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranla izah olunur. Satış həcmi birinci rübdə 20% azalıb, amma 2020-ci ilin sonuna yaxın azalma tempi bir qədər zəifləyib.
“5G” dəstəkli qurğular smartfonların satış həcminə öz dəstəyini veriblər. 2020-ci ildə təxminən 300 milyon “5G” smartfon satılıb.
Ötən il “Samsung” şirkəti ən çox smartfon satmağa nail olub. Növbəti yerlərdə “Apple”, “Huawei”, “Xiaomi”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıb.
Emil Hüseynov