Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 10:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd video dərs mövcuddur.
Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.