Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 14:20
Rusiyada taksi xidmətinin qiymətində kəskin bahalaşma müşahidə olunub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bəzi hallarda qiymət artımı 50-70 faiz arasında dəyişir. Qiymət artımı daha çox Moskva, Sankt-Peterburq, Samara, Ufa, Voronej kimi böyük şəhərlərdə müşahidə olunub.
İqtisadçılar bunun obyektiv səbəblərdən baş verdiyini bildirsə də, taksi xidmətindən yararlanan vətəndaşlar narazılıqlarını dilə gətirir. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər də müştərilərin azaldığından şikayətlənirlər.