Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 18:14
"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Məsut Özilin "Fənərbaxça" ilə razılaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsanbul təmsilçisi ilə danışıqlar apardıqlarını deyib:
"Məsutun "Arsenal"dan ayrılmağa nə qədər yaxın olduğunu bilmirəm. Amma texniki direktorumuzla "Fənərbaxça" arasında danışıqlar gedir. Lakin hələ ortada konkret bir şey yoxdur".
Qeyd edək ki, Özil mövsümün əvvəlində "Arsenal"ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Onun "topçular"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.