Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranda zavodda yanğın - Ölən var

Tehranda zavodda yanğın - Ölən var

Tarix: 17 Iyul 2019 12:52

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Pərdis rayonunda kauçuk zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Tehranın Təcili Yardım Mərkəzinin direktoru Peyman Sabirian xəbəri təsdiqləyib.

Yanğının hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat açıqlanmayıb.

Qeyd edək ki, Pərdis rayonu paytaxt Tehranın 20 km şərqində yerləşir.


Etiketlər:  Tehranda zavodda yanğın Ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ