Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 13:26
Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir. Ölkəmizdə multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilib. İkinci Qarabağ Müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız da buna bariz nümunədir. Onlar bu mübarizədə vətən borclarını fəxrlə yerinə yetirdiklərini deyirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, xalqımızın ikinci Qarabağ müharibəsindəki tarixi qələbəsində yəhudi əsilli vətəndaşlarımız da iştirak edib. 44 günlük mübarizədə çiyin-çiyinə vuruşublar. Hətta orduya yazıldığını ailəsindən gizlədən də olub.
46 saylı orta məktəbin məzunları olan bu gənclər könüllü şəkildə müharibədə iştirak ediblər. Yaralansalar da mübarizələrini davam etdiriblər. Kimisi artilleriya, piyada, kimisi isə Xüsusi təyinatlı kimi orduda xidmət edib.
Bir zamanlar məktəb koridorlarında gəzən şagirdlərini cəbhədə görən müllimləri onlarla fəxr etdiyini deyir.
Qazilərimiz göstərdikləri şücaət görə medallarla təltif ediliblər