Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan”dan yarımmüdafiəçi transferi - Rəsmi

“Milan”dan yarımmüdafiəçi transferi - Rəsmi

Tarix: 16 Yanvar 2021 15:14

"Milan" "Torino"nun futbolçusu Sualixo Meytenin keçidini rəsmiləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu 26 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. O, bu mövsümün sonunadək "Milan"ın uğurları üçün çalışacaq. Fransalı oyunçu 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Meyte bu mövsüm "Torino"nun heyətində 16 matçda iştirak edib, 1 qol və eyni sayda qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Milandan yarımmüdafiəçi transferi Rəsmi


RƏYLƏR