Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

Tarix: 16 Yanvar 2021 22:48

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.

Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.

Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.

Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.

Milli.Az


Etiketlər:  Xocavənddə Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı


RƏYLƏR