Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə su çəninə, sonra ağaca çırpılan avtomobildə ölən Aqrar Universitetin tələbəsi imiş

Şəmkirdə su çəninə, sonra ağaca çırpılan avtomobildə ölən Aqrar Universitetin tələbəsi imiş

Tarix: 17 Iyul 2019 14:39

Bakı. Samir Əl - Trend:

Şəmkir rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən şəxs - Şəmkir rayonu Çaparlı kənd sakini Hüseynov Kazım Vəfadar oğlunun Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi “ ixtisası üzrə IV kurs tələbəsi olduğu məlum olub.

Trend-in məlumatına görə, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1998-ci il təvəlüdlü Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəmkirdə çəninə sonra ağaca çırpılan avtomobildə ölən Aqrar Universitetin tələbəsi imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ