Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan hərbçiləri Türkiyəyə yollandılar - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycan hərbçiləri Türkiyəyə yollandılar - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 17 Yanvar 2021 16:12

15:57

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021"də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

Milli.Az xəbər verir ki, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq "Qış təlimi-2021"də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki "Ümid" körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

----------
13:26

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə ortaq hərbi təlimlərə hazırlaşır.

"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.

Birgə təlimlərdə məqsəd əməkdaşlıq və koordinasiyanı təmin etmək, müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınaqdan keçirməkdir.

Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Azərbaycan hərbçiləri Türkiyəyə yollandılar YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ