Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya ölkəyə gələnləri koronavirusa görə testdən keçirəcək

Böyük Britaniya ölkəyə gələnləri koronavirusa görə testdən keçirəcək

Tarix: 17 Yanvar 2021 22:40

Böyük Britaniya koronavirusun yeni növlərinin yaranma riski səbəbi ilə ölkəyə gələn şəxslərin testlərdən keçməsini tələb edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bazar ertəsindən etibarən tətbiq olunacaq qərar fevralın 15-dək qüvvədə olacaq.

Baş nazir Boris Conson bu qərarın verilməsində əsas məqsədin yeni COVID-19 növlərinin yaratdığı təhlükədən qorunmaq olduğunu söyləyib. O bildirib ki, əlavə tədbirlərin görülməsi bu dövrdə vacibdir, çünki əhalini qorumaq üçün hər gün yeni addımlar atılmalıdır. Conson, sərhədlərdə təhlükəsizliyin artırılması üçün əlavə tədbirlərin görüləcəyini də açıqlayıb.

Qeyd edək ki, Böyük Britaniya Braziliyanın Amazon bölgəsində aşkarlanan koronavirusun yeni növünə görə Cənubi Amerika, Portuqaliya və Kabo-Verdeyə səyahət etməyi qadağan edib.


Etiketlər:  Böyük Britaniya ölkəyə gələnləri koronavirusa görə testdən keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ