Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 11:20
Bakı. Orxan Nəbiyev - Trend:
Cənubi Koreyanın "Samsung Group" şirkətinin rəhbəri Li Çje Yon öz nüfuzunu artırmaq məqsədilə rüşvət verməkdə təqsirli bilinərək 2,5 il müddətinə həbs edilib.
Trend-in məlumatına görə, o, 2014-cü ildə ölkə prezidenti Pak Kın Henin yaxınına 8 milyon dollara yaxın rüşvət ödəyib.
Li Çje Yon, həmçinin şirkət daxilində səhmlərlə bağlı qanunsuz əməliyyatlarda təqsirli bilinib.