Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda qadını döyüb evini qarət edənlərə 39 il cəza verildi

Bakıda qadını döyüb evini qarət edənlərə 39 il cəza verildi

Tarix: 17 Iyul 2019 15:54

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin mart ayında Binəqədi rayonunda dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə 11 min 376 manatlıq oğurluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə ittiham irəli sürülüb.


Etiketlər:  Bakıda qadını döyüb evini qarət edənlərə 39 il cəza verildi


RƏYLƏR