Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gələn il AMEA 75 yaşını qeyd edəcək

Gələn il AMEA 75 yaşını qeyd edəcək

Tarix: 17 Iyul 2019 16:28

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 75 illik yubileyi keçiriləcək.

Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” müzakirə edilib.

Bildirilib ki, 2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq. Akademiyanın 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə yubileylə bağlı tədbirlər planının hazırlanması üçün Rəyasət Heyətinə təkliflər verilib və geniş müzakirə olunaraq planı tərtib edilib.

İclasda məsələ ilə bağlı müzakirədən sonra tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.


Etiketlər:  Gələn il AMEA 75 yaşını qeyd edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ