Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

Tarix: 18 Yanvar 2021 17:42

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Polşa Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Polşa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Kamran Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə Polşa Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rafal Poborski ikitərəfli münasibətlərə toxunaraq Polşanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, Polşa Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaqdır.

Rafal Poborski hər iki ölkənin rəhbərləri arasındakı dostluq münasibətlərinin nazirliklər, müxtəlif qurumlar, hüquq-mühafizə orqanları, həmçinin prokurorluqlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdıraraq, bu əməkdaşlığın beynəlxalq qurumlar və ikitərəfli münasibətlər çərçivəsində davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırmışdır.

Baş Prokuror Kamran Əliyev səfir Rafal Poborskinin təklifinin vacibliyini qeyd edərək hər iki ölkənin prokurorluq orqanları arasında korrupsiyaya qarşı mübarizə, pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluq və.s beynəlxalq cinayətlərə qarşı mübarizədə müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılıb.


Etiketlər:  Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ