Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı

COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı

Tarix: 18 Yanvar 2021 21:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Hər bir vaksinin əlavə təsiri var. Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.

R.Bayramlı əlavə edib ki, Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb:

“Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.

TƏBİB sədri bildirib ki, hər bri şəxs vaksinasiya olduqdan sonra 30 dəqiqə ərzində müşahidə altında saxlanılır.


Etiketlər:  COVİD qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ