Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır"

Tarix: 18 Yanvar 2021 22:02

"Gürcüstanda epidemioloji vəziyyət sabitləşir".

Milli.Az bildirir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son ayda koronavirusa yeni yoluxma hallarının və infeksiyanın yayılmasının azalması tendensiyası müşahidə olunur: "Lakin bu, bizə arxayınlaşmağa heç bir əsas verməməlidir. Belə ki, Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır".

Baş epidemioloq Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını qeyd edib. "Baş nazir itqisadiyyat və səhiyyə nazirliklərinə məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması ilə bağlı plan hazırlamağı tapşırıb". /medicina.az

Milli.Az


Etiketlər:  Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ