Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələrinə radiasiya şüaları verildi

Koronavirus xəstələrinə radiasiya şüaları verildi

Tarix: 19 Yanvar 2021 08:24

ABŞ-da elm adamları koronavirus xəstələrini müalicəsində aşağı dozada radiasiyanı təcrübə ediblər.

Bu barədə "Nuclear News" jurnalında dərc olunan məqalədə deyilir.

Bildirilir ki, koronavirusun səbəb olduğu ağır sətəlcəmdən əziyyət çəkən müxtəlif cins və yaşda olan 10 xəstənin ağciyərlərinə 10-15 dəqiqə ərzində şüa verilib.

"Doqquz xəstə 24 saat ərzində sürətli yaxşılaşma göstərdi və üç gün ərzində xəstəxanadan çıxdı", - deyə məlumatda deyilir.

Onların analoji müalicə almayanlardan dörd dəfə sürətli sağaldığı vurğulanıb.

O da qeyd edilir ki, kiçik radiasiya dozasının təhlükəsizliyi və effektivliyi qan testləri və ağciyərlərin rentgen şəkilləri ilə sübut olunub.


Etiketlər:  Koronavirus xəstələrinə radiasiya şüaları verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ