Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 18:44
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.
QMİ-dən Sonxeber.net-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:
"Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir".