Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı

İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı

Tarix: 17 Iyul 2019 21:04

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib.

F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib.

Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.

İnsidentlə bağlı 5 nəfər saxlanılıb, qatilin isə axtarışları davam edir.


Etiketlər:  İranda tayfalar bir birini qırdı 1 ölü 13 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ