Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows 10” əməliyyat sistemində fayl sisteminin işini sıradan çıxaran boşluq aşkar edilib

“Windows 10” əməliyyat sistemində fayl sisteminin işini sıradan çıxaran boşluq aşkar edilib

Tarix: 19 Yanvar 2021 23:48

"Windows 10" əməliyyat sisteminin fayl sistemini bir əmrlə sıradan çıxarmaq mümkündür. Əməliyyat sistemində aşkar edilmiş boşluq haqqında "Twitter"də informasiya təhlükəsizliyi üzrə tədqiqatçı Conas L deyib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, problem NTFS fayl sistemi ilə bağlıdır. Əmr sətrində bir neçə simvoldan ibarət əmr daxil etmək kifayətdir, bundan sonra kompüter zədələnmiş faylların bərpa edilməsi üçün yenidən yüklənəcək.

Boşluqdan istifadə etmək üçün inzibatçılıq hüququ tələb olunmur. Cinayətkarlar əmri yarlık, arxiv və ya istənilən fayl altında maskalayaraq onu məsafədən işə sala bilərlər.

Bu problem 2020-ci ilin avqustunda aşkar edilməsinə baxmayaraq hələ də aradan qaldırılmayıb. Çox güman, "Microsoft" korporasiyası yaxın aylarda çıxarılacaq yeniləmələrdən birində bu boşluğu aradan qaldıracaq.


Etiketlər:  Windows əməliyyat sistemində fayl sisteminin işini sıradan çıxaran boşluq aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ