Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək'' - Araz Abdullayev

''Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək'' - Araz Abdullayev

Tarix: 18 Iyul 2019 00:04

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.

- Rəqib komanda çox intizamlı müdafiə olunurdu. Belə müdafiəni yarmaq heç də asan deyil. Amma  biz bunu komanda şəklində bacardıq. Bütün "Qarabağ" azarkeşlərini təbrik edirəm. 

- Zaman keçdikcə həyəcan sizi daha da boğurdumu? Yoxsa, sakitlik öz yerindəydi?

- Komandada danışmışdıq ki, qol vura bilməsək də, tələsməyəcəyik. Sonadək səbrli olacağıq.

- "Vorskla"ya qarşı tək hücumçu kimi oynamışdın. Bəs, bu gün özünü bu mövqedə narahat hiss etmirdin?

- Xeyr, məşqçi harada məsləhət görürsə, çalışıram ki, o mövqedə özümü doğruldum. Bildiyiniz kimi rəqib komanda çox müdafiə olunurdu. Çalışırdım ki, daha çox boş hissə buraxsınlar.

- Qarşıdakı rəqib "Dundalk" olacaq. İrlandiya komandasının yox, Riqa təmsilçisinin olmasını istərdinizmi?

- Bütün komandalar ciddi rəqiblərdir. Yaxşı hazırlaşmalıyıq ki, bu mərhələni də keçək.

- Favorit "Qarabağ" olacaq. Mərhələni keçmək real görünürmü?

- Əvvəlcədən heç nə demək istəmirəm. Amma qalib gəlmək üçün hazırlaşacağıq.

 


Etiketlər:  Yaxşı hazırlaşmalıyıq növbəti mərhələni keçək Araz Abdullayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ