Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 13:54
İtaliyanın "Roma" klubuna texniki məğlubiyyət veriləcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb ölkə kubokunun 1/8 final mərhələsində "Speziya" ilə matçında baş verənlərdir.
2:4 hesabı ilə uduzan Romanın eyniadlı təmsilçisi oyunun gedişində əsasnaməni pozub. Romalılar görüş ərzində 6 əvəzetmədən istifadə edib.
Düzdür, FİFA əlavə vaxtın oynanıldığı qarşılaşmalarda 6-cı dəyişikliyə icazə verir. Lakin İtaliya kubokunda bu qayda tətbiq olunmur. Bu üzdən də kluba 0:3 hesablı məğlubiyyət veriləcək.
Qeyd edək ki, "Roma" cari mövsümdə artıq 1 dəfə belə cəza ilə üzləşib. A seriyasının I turunun "Verona" ilə görüşündə əsas komandada sifariş olunmayan Amadu Diavara meydana çıxdığı üçün paytaxt təmsilçisinə məğlubiyyət verilib.