Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 16:02
SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov hesab edir ki, Vaşinqtondakı iğtişaşlar ABŞ-da sabitliyə təhlükə yaradır, ölkə rəhbərliyi başqalarına dərs vermək yerinə, onların səbəb və nəticələrini aradan qaldırmalıdır.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".
Qorbaçov Amerika cəmiyyətində bu mövzunun ciddi müzakirə olunacağını inandığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin seçkidə qələbə qazanmasına etiraz olaraq Konqres binasına hücum ediblər. Qiyamlarda bir polis məmuru daxil olmaqla beş nəfər həlak olub.