Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 01:28
Bakı. Trend:
Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.
Trend-in "TOLONews" telekanalına istinadən verdiyi məlumata görə, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.
Bildirilir ki, general Qazni və Kandaqar əyalətləri arasındakı avtomobil yolunda qətlə yetirilib.
Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin