Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 21:46
Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini "Queensland" Muzeyinin alimləri tapıb.
Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.
Araşdırmanın məqaləsi "Science Media Exchange"də yayımlanıb.
Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb. (publika.az)