Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Spirtli içkilər və siqaret vaksinin effektivliyinə təsiri edirmi? - AÇIQLAMA

Tarix: 21 Yanvar 2021 11:16

Azərbaycanda vaksinasiya prosesi artıq bir neçə gündür başlayıb. Həm paytaxt Bakı, həm də digər şəhərlərdə insanların vaksinasiya prosesi həyata keçirilir.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, vaksin vurulan insanların bəzi qaydalara riayət etməsi mütləqdir.

Peyvənd vurduran şəxslər bir müddət özlərinə bəzi məhdudiyyətlər tətbiq etməlidir. Bunu yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə də təsdiqləyib:

"Hər hansı dərman preparatı və ya vaksin vurulan insanlar spirtli içkilər qəbul edirsə, onda qanda həmin dərman maddələrinin və ya vaksinin təsir effektivliyi aşağı düşür. Biz vaksinasiya olunan şəxslərə məsləhət görürük ki, bu dövrdə alkohol qəbul etməsinlər.

Siqaretin də mənfi təsirləri var. Məsləhətdir ki, bunu da etməsinlər. Siqaret birbaşa vaksinin keyfiyyətini aşağı salmır. Daha çox orqanizmə mənfi təsir edir. Amma spirtli içkilər qətiyyən olmaz".


Etiketlər:  Spirtli içkilər siqaret vaksinin effektivliyinə təsiri edirmi AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ