Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 yaşlı futbolçu oyun zamanı ÖLDÜ - FOTO

19 yaşlı futbolçu oyun zamanı ÖLDÜ - FOTO

Tarix: 17 Oktyabr 2025 09:16

Qazaxıstanın Birinci Liqasında çıxış edən "Xan-Tenqri" klubunun gənc hücumçusu, 19 yaşlı Dias Tuley faciəvi şəkildə dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, klub gənc oyunçunun ölüm xəbərini rəsmi "Instagram" səhifəsində təsdiqləyib.

Hadisə Almatıda baş tutan və "Xan-Tenqri"nin "Ekibastuz" üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşma zamanı baş verib. Oyun zamanı - 62-ci dəqiqədə Tuley özünü pis hiss edib və meydançada oturaraq komanda yoldaşından ayaqlarını uzatmağa kömək istəyib. Qısa müddət sonra onun vəziyyəti kəskin şəkildə pisləşib və futbolçu xərəkdə meydançadan çıxarılıb. Təəssüf ki, tibbi müdaxilələrə baxmayaraq, gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Dias Tuley "Kayrat" klubunun gənclər akademiyasının yetirməsi olub və 2024/25 mövsümündə "Xan-Tenqri" komandasında çıxış etməyə başlayıb.

Klub rəhbərliyi və azarkeşlər gənc futbolçunun itkisinə görə dərin hüzn ifadə ediblər.

Hüseyn


Etiketlər:  yaşlı futbolçu oyun zamanı ÖLDÜ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ