Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 16:26
Mönhenqladbaxın "Borussiya" klubunun futbolçusu Breel Embolo xoşagəlməz hadisənin iştirakçısı olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Almaniya təmsilçisinin 23 yaşlı forvardı Essenin koronavirus səbəbindən qapalı olan restoranlarından birindəki qonaqlıqda iştirakda ittiham edilir.
Yığıncağa ümumilikdə 23 nəfər qatılıb. Polis hadisə yerinə gəldikdə bir nəfər pəncərədən dama qaçıb. O, qonşu mənzilin pəncərəsindən içəri daxil olub. Polis əməkdaşları həmin evin qapısını sındırmaqla içəri daxil olduqda hücumçunu tapıb: "O, mənzildə tək idi. Belə ehtimal edirik ki, qaçan da məhz Embolo olub".
Qeyd edək ki, Embolo hərəkətinə görə XVII turun "Verder"lə görüşünün heyətindən kənarlaşdırılıb. Buna səbəb hücumçunun koronavirus qaydalarını pozmasıdır.