Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəza zamanı hadisə yerini tərk edən sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək – qaydalar dəyişir

Qəza zamanı hadisə yerini tərk edən sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək – qaydalar dəyişir

Tarix: 22 Yanvar 2021 10:51

Bakı. Elçin Mehdiyev - Trend:

Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.


Etiketlər:  Qəza zamanı hadisə yerini tərk edən sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək qaydalar dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ