Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 11:54
Yerli hakimiyyət orqanlarının qərarı ilə bu gün Çinin paytaxtı Pekinin bir sıra ərazilərində infeksiyanın yayılmasının yenidən sürətlənməsi ilə əlaqədar olaraq kütləvi koronavirus testlərinin götürülməsinə başlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ötən gün 103 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bunlardan 9-u xaricdən gələn şəxslərdə, 94-ü ölkə daxilində qeydə alınıb.
Rusiya ilə həmsərhəd olan Heyluntsyan əyalətində 47, Jilin ve Hebey əyalətlərində müvafiq olaraq 19 ve 18, Şansi əyalətində 1, Şanxayda 6 və Pekində 3 yoluxma halı qeydə alınıb. Çərşənbə günü isə Pekində 126-sı yerli mənşəli olmaqla 144 yeni yoluxma faktı aşkarlanıb.
Səlahiyyətlilər infeksiyanın yayılmasında yeni bir dalğanın 12 fevralda keçiriləcək "Bahar şənliyi" festivalına təsadüf edəcəyindən narahatdırlar. Bu bayram Çinin yeni ili hesab olunur və ən dəyərli bayramlardan biri sayılır. Ənənəvi olaraq, böyük ailələrin bütün üzvləri ölkənin hər yerindən bir araya gəlirlər. Bu əhalinin kütləvi miqrasiyasına və nəticədə çox sayda insanın bir yerə toplaşmasına gətirib çıxarır ki, bu da virusun yayılmasının intensivləşməsinə səbəb ola bilər.
Ümumilikdə, Çində indiyədək 88 min 804 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 min 635 nəfər xəstəlikdən ölüb, 82 mindən çoxu müalicə olunaraq sağalıb.