Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 16:56
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda Qarabağ müharibəsində könüllü döyüşə yollanmış bir qrup əsgər Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onlar döyüşlərdə iştirak etdikləri üçün təzminatların ödənməsini tələb edirlər.
Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək öz tələblərini çatdırmaq istədiklərini bildiriblər.
Onlardan birinin sözlərinə görə, Nazirlik rəsmisi təzminatların dekabrın 30-dək ödəniləcəyini bildirmişdi.