Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 09:10
"Liverpul" İngiltərə futbol çempionatının doqquzuncu turunda səfərdə "Brentford"a 2:3 hesabı ilə məğlub oldu.
Sonxeber.net xəbər verir ki, qaliblərin tərkibində Danqo Uattara (5-ci dəqiqə), Kevin Şeyd (45) və İqor Tyaqo (60, penalti) qolların müəllifləri olublar. Məğlub komandanın heyətində isə Miloş Kerkez (45+5) və Məhəmməd Salah (89) fərqləniblər.
İngiltərənin hazırkı çempionu olan "Liverpul" üçün bu, turnirdə ardıcıl dördüncü məğlubiyyətdir. Bundan əvvəl komanda səfərdə "Kristal Palas" (1:2) və "Çelsi"yə (1:2) uduzub, həmçinin öz meydanında "Mançester Yunayted"ə (1:2) məğlub olub.
"Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 15 xalla 6-cı yerdə qərarlaşıb, "Brentford" qəbul edəcək, "Brentford" isə həmin gün "Kristal Palas"a qarşı səfərdə oynayacaq. /report.az