Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu amil Azərbaycan iqtisadiyyatının daha artan xətlə inkişafına imkan verir''

''Bu amil Azərbaycan iqtisadiyyatının daha artan xətlə inkişafına imkan verir''

Tarix: 23 Yanvar 2021 12:30

"Postmüharibə dövründə Azərbaycan iqtisadiyyatının inkişafı nöqteyi nəzərdən şübhəsiz ki, ölkə üçün ən prioritet istiqamət kimi investisiya artımı bə investisiya artımı hesabına tarazlı iqtisadi inkişafın təmin edilməsi çıxış etməlidir".

Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

İqtisadçı bildirib ki, işğaldan azad olunmuş ərazilərin inkişafı məhz bu bölgələrə sərmayə qoyuluşu nöqteyi nəzərdən təkan verəcək:

"Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin də hökümətin iqtisadi bloku, mərkəzi qarşısında qoyduğu əsas məsələ ölkə iqtisadiyyatının qabaqlayıcı inkişaf xəttinə çıxması ilə bağlıdır. Çünki ölkədə real təkrar istehsal imkanları şərait verir ki, bizim iqtisadiyyatımız 5%-dən artıq ÜDM (Ümumi Daxili Məhsul) artım tempi ilə inkişaf etsin. Bunun üçün həm demoqrafik vəziyyət münbitdir, həm istehsal güclərinin tam yüklənməməsi buna şərait yaratmalıdır, eyni zamanda intellektual potensial və  təbii resurus bazası imkan verir ki, Azərbaycan iqtisadiyyatı daha artan xətlə inkişaf etsin. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin inkişafı məhz bu bölgələrə sərmayə qoyuluşu nöqteyi nəzərdən ölkə iqtisadiyyatının inkişafına bir "driver" təsiri göstərməlidir və faktiki olaraq həmin bölgəyə səmərəli şəkildə investisiyaların yatırılması, bölgədə işgüzar fəallığı kəskin şəkildə artmasına şərait yaratmalıdır. Bu, eyni zamanda ölkə iqtisadiyyatının inkişafına tarazlı məzmun verə bilər. Çünki son illər ərzində neft strategiyasının reallaşdırılması ilk növbədə Bakı, Abşeron yarımadasında iqtisadi və sosial inkişafı şərtləndirirdi. Amma indi söhbət yeni çağırışlar fonunda tarazlı iqtisadi inkişafın daha da prioritet məna daşımasından gedir. Və ona görə də regional iqtisadi inkişaf şübhəsiz ki, prioritetlərdən olmalıdır".

E.Məmmədov onu da deyib ki, istehsal güclərinin ölkədə intensivləşməsi satış bazarlarının genişlənməsini diqtə edəcək:

"Bir məqama da toxunmaq lazımdır ki, bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın regional iqtisadi inteqrasiyaya nail olmasına müvafiq şərait yaradır. Bu da olduqca önəmlidir. Çünki ölkə iqtisadiyyatının potensialının reallaşdırılması, istehsal güclərinin ölkədə intensivləşməsi eyni zamanda satış bazarlarının genişlənməsini diqtə edəcək və bu nöqteyi nəzərdən şübhəsiz ki, regional iqtisadi inteqrasiya Azərbaycan istehsalının ixrac imkanlarının xeyli dərəcədə gücləndirilməsi üçün şərait yaradacaq. Ona görə də hesab edirəm ki, bölgədə formalaşmalı olan yeni inkişaf və əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatının inkişafına müvafiq şəkildə təkan verməlidir".

Təhməz Əsədov


Etiketlər:  amil Azərbaycan iqtisadiyyatının daha artan xətlə inkişafına imkan verir


RƏYLƏR