Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 18:06
Yaponiya nüvə silahının qadağan olunması haqqında sazişə qoşulmayacaq.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.
"Bizim bu sazişi imzalamaq fikrimiz yoxdur", - Baş nazir bildirib.
Onun sözlərinə görə, ölkəsi üçün daha uyğun variant nüvə silahının azaldılması yolu ilə getməkdir.
Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında saziş 50 ölkə tərəfindən imzalanıb. Nüvə klubunun üzvü olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin hələ 2018-ci ildə bu müqaviləni imzalamayacaqlarını bildiriblər.