Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 saatlıq aclıqla nəyə nail olmaq olar?

18 saatlıq aclıqla nəyə nail olmaq olar?

Tarix: 23 Yanvar 2021 22:18

Bir çox alim daha sağlam yaşamaq, ömrü necə uzatmaq lazımdır sualına cavab verməyə çalışır. Tədqiqatçı Jane Clark bununla bağlı son tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, təcrübələr bir vərdişin bədəni gücləndirə biləcəyini və həyata bir neçə il əlavə edə biləcəyini göstərir.

Bu, 18 saatlıq ac qalmaqdir. J.Clark bu metodun bir neçə vacib incəliklərinin olduğunu qeyd edib. Bunun faydalı olması üçün həftədə bir gün seçməlisiniz, digər altı gündə qidalanma balanslı və sağlam olmalıdır.

Alimlər "X günündə" yeməklərin şərti bir pəncərədə 13:00-dan 19:00-a qədər yeyilməli olduğunu qeyd ediblər. Bundan  əvvəl və sonra - heç bir qida qəbul etmək olmaz. Bir neçə tədqiqat göstərir ki, bununla qanda şəkər səviyyəsi yaxşılaşır. Bu xüsusilə 2-ci tip diabetin inkişaf riski olanlar üçün faydalı ola bilər.

Belə bir vəziyyət ürək-damar xəstəlikləri, sinir və böyrək zədələnməsi də daxil olmaqla ciddi sağlamlıq problemləri riskini azalda bilər. 2-ci tip diabetli 10 insanın iştirak etdiyi bir sınaq, aralıqlı aclığın qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını sübut edib.

Bundan əlavə, mütəxəssislərin fikrincə, aclıq ürək sağlamlığını yaxşılaşdırmaq, qan təzyiqi ilə  yanaşı trigliserid və xolesterol səviyyələrini də  normallaşdıra bilər.


Etiketlər:  saatlıq aclıqla nəyə nail olmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ