Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 12:32
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı şəxsi "Tvitter" hesabında paylaşım edib.
Sonxeber.net bildirir ki, paylaşımda deyilir: "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa yönəlmiş qlobal təhsilə təkcə COVID-19-a görə ziyan vurulduğu halda, Azərbaycandakı şagirdlər və müəllimlər Ermənistanın hücumuna da məruz qalıb. Nəticədə 20 təlimçi və 10 məktəbli öldürülüb, 16 nəfər yaralanıb və 60 məktəb dağıdılıb".
Qeyd edək ki, BMT-nin qərarına əsasən, yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır.