Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 19:12
Apple-dan sonra, LG-nin də müqavilə ilə elektrik mühərrikli avtomobil bazarına daxil olacağı bildirilib.
LG Electronics, elektrik mühərrikli avtomobil hissələri və texnologiyaları yaratmaq üçün vacib bir əməkdaşlığa getdiyini açıqlayıb.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, şirkət elektrik mühərrikli nəqliyyat vasitəsi istehsalı işini Kanadanın Magna International ilə müqavilə imzalayaraq yeni bir müştərək biznesə çevirdi.
Daha öncə də elektrik mühərrikli avtomobillər üçün çeşidli ehtiyat hissələri istehsal edə LG, yeni müqavilə ilə bu bazarda daha çox söz sahibi olmağı hədəfləyir. Müqavilənin şərtlərinə görə, yeni layihənin əsas hissəi LG-nin olacaq. Ancaq Magna 453 milyon dollar qarşılığında layihənin 49%-ni alacaq.
Ortaq biznesdə, Koreya və Çin fabriklərində elektrikli mühərriklər, elektrik avtomobil sistemləri istehsal edəcək. LG-nin bu həmləsi ilə səhmləri 30% yüksəlib. Şirkətin ən böyük səhmdarı LG Corp-un səhmləri isə 10% civarında artım göstərib.