Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirusa yoluxduqdan sonra yaranan psixoloji narahatlıqla yaşamaqdansa...''

''Koronavirusa yoluxduqdan sonra yaranan psixoloji narahatlıqla yaşamaqdansa...''

Tarix: 25 Yanvar 2021 10:52

COVİD 19-a 2020-ci ilin aprel ayından yoluxmağımıza rəğmən hər zaman ön cəbhədə olduq. Koronavirusla mübarizədə 10 ay müddətində xəstələr üzərində klinik müşahidəmdə gördüklərim, psixiatrik müayinələrimə və eyni zamanda özüm də yoluxaraq yaşadıqlarıma əsaslanaraq qeyd edirəm ki, fizioloji və psixi sağlamlığınızın qeydinə qalaraq peyvənd olunmanız məsləhətdir.

Bunu Sonxeber.net-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") COVİD-19 infekiyasi üzrə konsultant psixiatrı Aytən Namazova deyib. 

Psixiatr bildirib ki, vaksinasiya nəticəsində yoluxma ehtimalımız sıfırlanır:

"Qeyd edim ki, xəstəlik müddətində və xəstəlikdən sonra yaranan psixoloji narahatlıqla yaşamaqdansa, peyvənd olunmanız daha məqsədəuyğundur. 

Ümumiyyətlə, vaksin insan orqanizmində yoluxucu xəstəliklərə qarşı aparılan immunoprofilaktika vasitəsidir. Həmçinin vaksin insan orqanizminin xəstəliklərə qarşı müqavimətini artıran bioloji maddədir.

Orqanizmdə immun sistemi bu maddələri antigen kimi qəbul edir və onlara qarşı antitellər yaranır. Antitel immun sisteminin antigenə qarşı hazırladığı bir silahdır. Yəni, bir sözlə desək, orqanizmdə həmin virusa qarşı immunitet formalaşır, xəstəliyə qarşı müqavimət gücümüz artır, yoluxma ehtimalımız sıfırlanır".

Təhməz Əsədov


Etiketlər:  Koronavirusa yoluxduqdan sonra yaranan psixoloji narahatlıqla yaşamaqdansa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ